Zahid Oruc: “Bu məsələlər Azərbaycanın ümumi gücünə təsir edir” AÇIQLAMA

Zahid Oruc: “Bu məsələlər Azərbaycanın ümumi gücünə təsir edir” AÇIQLAMA

"Bu məsələnin qabardılmasının özünəməxsus önəmi və siyasi əhəmiyyəti var. Bu, təkcə təhlükəsizlik mənası daşımır. Hərbi amil hər zaman bir dövlətin siyasi, iqtisadi imkanlarını və mövqelərini gücləndirir". Bunu SİA-ya millət vəkili Zahid Oruc Azərbaycan Prezidenti İlham Əliyevin ordumuzun hərbi gücünün daha da artırılmalı olduğu olə bağlı fikirlərini şərh edərkən deyib.

Parlament üzvünün sözlərinə görə, xarici dairələr, ayrı-ayrı beynəlxalq qüvvələr, o cümlədən dövlətlər güclü ölkə ilə daha yaxşı əlaqələr qururlar və investisiyalarına hər hansı bir risk hiss etmirlər və s: "Bu gün Ukraynaya investisiya qoymaq nə qədər perspektivli olar? Bu mənada ölkə başçısı bütün regional və beynəlxalq proseslərin konfedensial tərəflərini və s. kifayət qədər yaxşı bilir. Məhz buna görə də Prezident İlham Əliyev Azərbaycanın zəif olacağı təqdirdə bizi hansı təhlükələrin gözləyə biləcəyini nəzərə alaraq bu cür bəyanatlar verir. Təbii ki, bu mesajın başqa bir hədəfi də var. Heç şübhəsiz ki, bu, Ermənistan dövlətidir. Ölkəmiz bu dövr ərzində təcavüzə məruz qalmasına baxmayaraq, bir çoxlarının düşüncələrində dövlət kimi məhv olmadı. Əksinə dövlətimiz öz imkanlarını səfərbər edərək toparlana bildi və ayağa qalxdı.

Məsələnin başqa bir tərəfi ondan ibarətdir ki, təbii ki, Azərbaycan təkcə hərbi amillə məhdudlanmır. Eyni zamanda burada iqtisadi resurslar da müharibə üçün önəm daşıyır. Bununla belə insani resurslar, informativ və diplomatik imkanlar və s. hamısı vahid tələbə tabe edilir. Bu mənada da düşünürəm ki, Azərbaycanın son günlər hərbi resurslarının yenidən qurulması, silahlı qüvvələrinin təzədən formalaşması və daha da üst səviyyəyə gətirilməsi üçün çox böyük miqyasda işlər görülür. Bu həm əsgərin, zabitin mənəvi-psixoloji şəraiti ilə, həm də başqa komponentlərlə əlaqəlidir. Bütövlükdə götürdükdə isə bütün bu məsələlər Azərbaycanın ümumi gücünə təsir edir".

Bütün xəbərlər Facebook səhifəmizdə