Asim Mollazadə: “ABŞ siyasətçiləri Azərbaycanın nüfuzunu daha yaxşı görür” AÇIQLAMA
"ABŞ-ın 25 ştatı Azərbaycanın ərazi bütövlüyü ilə bağlı qətnamələr qəbul edib". Bunu SİA-ya millət vəkili Asim Mollazadə ABŞ konqresmenlərinin Azərbaycana səfərinin yekunları ilə bağlı fikirlərini bölüşərkən deyib.
Parlament üzvünün sözlərinə görə, bu yaxınlarda ABŞ-ın Nyu-Meksika ştatı Senatının spikeri və bu Senatın bir sıra üzvləri Azərbaycanda səfərdə oldular. Həmin səfər çərçivəsində qonaqlar Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədovla görüşdə Nyu-Meksika ştatı Senatının Xocalı soyqırımı, eləcə də Azərbaycanın ərazi büövlüyü ilə bağlı qəbul edilən qətnamələri təqdim etdilər.
Hesab edirəm ki, bu səfərlə artıq Amerikanın daxilində Azərbaycanın dostlarının coğrafiyası daha da genişlənir. Amerikada çalışan Azərbaycan və Tür vətəndaşlarının fəaliyyəti nəticəsində ölkəmizin həqiqətləri bir daha bütün dünyaya çatdırılır. Bir sıra ABŞ siyasətçiləri ölkəmizin önəmini və Azərbaycan-Amerika münasibətlərinin daha da genişlənməsini istəyirlər. Təbii ki, onlar bu istiqamətdə öz fəaliyyətlərini gücləndirirlər. Onlar ölkəmiz barəsində həqiqətləri, Azərbaycanın bölgədə olan rolunu, nüfuzunu daha yaxşı görürlər".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB