Emin Həsənli: “Ermənilərin ağıllanmasının yalnız bir yolu var” MÜSAHİBƏ
Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri Emin Həsənlinin SƏS TV-yə müsahibəsi:
- Emin müəllim, döyüş qabiliyyəti, peşəkarlıq, vətənpərvərlik ruhu, maddi-texniki bazanın möhkəmlənməsi və digər ordumuzda olan müsbət işlərlə bağlı nə deyə bilərsinsiniz?
- Azərbaycanda ordu quruculuğu hərbi, elmi qanuna əsasən aparılır. Azərbaycanda bu istiqamətdə ardıcıl və sistemli olaraq işlər görülür. Ali Baş Komandan, cənab Prezident İlham Əliyev tez-tez hərbi hissələrdə olur və bölgələrə səfər edir. Ölkə başçısı cəbhə bögəsində olarkən hərbiçilərimizlə görüşür və mütəmadi olara ordu ilə bağlı fərman və sərəncamlar verir. Cənab Prezident tərəfindən hərbiçilərin sosial problemlərinin, mənzil şəraitinin yaxşılaşdırılması, ordunun maddi-texniki bazasının gücləndirilməsi, eləcə də hərbiçilərinin əmək haqlarının artırılması ilə bağlı mühüm işlər görülür. Ölkə başçısı şəhid ailələrinə, Qarabağ əlilərinə, müharibə veteranlarına xüsusi diqqət və qayğı göstərir. Təbii ki, bu il də ardıcıl olaraq fərmanlar verilib. Xüsusilə Qarabağ əlillərinin övladlarının təhsil haqqından azad edilməsi və Prezident təqüdünün artırılması (bura Çernobil əlilləri də daxildir) və s. bunların hər biri vətənpərvərliyin göstərilməsinə çox böyük təsir edir. Bizim xalqımız çox vətənpərvər xalqdır. Tarix boyu bu vətənpərvərlik nümunələri çox olub. Bu istiqamətdə Təhsil Nazirliyi, Gənclər və İdman Nazirliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHÇDX) də ardıcıl işlər görür.
Mən tez-tez hərbi hissələrdə oluram. Orada əsgərlərin mənəvi-psixoloji və döyüş hazırlığının nə qədər yüksək olduğunun şahidi oluram. Düşmənlə müqayisə edilməz dərəcədə həm bizim Hərbi büdcəmiz, həm döyüş hazırlığımız, həm də müasir silahlarımızın olması və s. bütün bu dediklərimizə əsasdır.
- Azərbaycanda hərbi təyinatlı məhsulların istehsalı istiqamətində əlavə addımlar atılır. Son illərdə bu istiqamətdə diqqət çəkən uğurlar nədən ibarətdir?
- Azərbaycan qısa bir zamanda müstəqillik əldə etməsinə baxmayaraq Ümummilli Lider Heydər Əliyevin apardığı çox uğurlu siyasət nəticəsində ölkəmizin iqtisadiyyatı gücləndi. Hazırda bu siyasi kurs cənab Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkə başçısı haqlı olaraq Azərbaycanın Müdafiə Sənaye Nazirliyini yaratdı ki, özümünüz dünyanın bəzi ölkələrindən asıllığımızı azaltsın. Bununla da biz yeni silahlar istehsal edirik və ixtiralarımız mövcuddur. Dünya sərgilərində artıq öz hazırladığımız silahlar qalibiyyət əldə edir. Hesab edirəm ki, dünyanın bir çox dövlətləri artıq azərbaycanla ikitərəfli əməkdaşlıq etməyə başlayıb. Azərbaycan dövlətinin müdafiə potensialı qısa bir zamanda çox yüksək səviyyəyə gəlib çatıb. Hazırda 750 adda xilah-sursat ixtira edilir. Bununla belə bizim müasir zavodlarımız və kadrlarımız var. Biz hamımız çalışmalıyıq ki, ordumuz güclü olsun.
- "Biz məsələnin həllinin hərbi yolla mümkün olmasını heç vaxt inkar etməmişdik" – deyən, ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev bununla münaqişənin həllində status-kvonun uzun müddətli saxlanılmasına razı olmayacaqlarına işarə vurmur ki?
- Bu tamamilə doğrudur. Bu gün cənab Prezidentin bütün sahələrdə apardığı siyasət uğurla davam etdirilir. Əgər biz xatırlasaq görərik ki, dünyada cərəyan edən iqtisadi böhran fonunda ölkəmiz zərrə qədər də olsun əziyyət çəkmədi. Əksinə dövlətimiz beynəlxalq tədbirlərə ev sahibliyi etdi və yeni-yeni layihələrə imza atdı. Təbii ki, Azərbaycan xalqı da dövlət başçısının apardığı siyasəti dəstəkləyir. Ölkəmizdə müəyyən problemlərin yaradılmasına cəhdlər olsa da bunların heç biri baş tutmur. Çünki ölkə xalqı müdrik bir xalqdır. Biz Gürcüstanda, Ukraynada, Suriyada və Misirdə baş verən proseslərin hər birini keçmişik. Əgər Ümummilli Lider Heydər Əliyev hakimiyyətdə olmasa idi, bu gün ölkəmizi təsəvvür etmək belə mümkün deyildi.
Bu gün ermənilərin heç bir dəyəri yoxdur. Çünki onlar tarix boyu Azərbaycana xəyanət etməklə məşğul olublar. Onların ağıllanmasının, xəstə təxəyyülünün, terrorçu, şovinist təfəkkürünün aradan qaldırılmasının yalnız bircə yolu var ki, o da əməliyyatdır. Bu isə Azərbaycan əsgərinin qılıncından və silahından keçir.
- Sizcə, Silahlı Qüvvələrimiz qarşıya qoyulan bütün vəzifələr icra etməyə hazırdırmı? Ümumiyyətlə bu istiqamətdə əsgər və zabit heyəti arasında əhval-ruhiyyə necədir?
- Bu gün ordumuzun döyüş ruhu, döyüş hazırlığı və peşəkarlığı yüksək səviyyədədir. Bu ordu 1990-93-cü illərin ordusu deyil. Bu ordu nizami və vahid komandanlığa əsaslanan çox güclü ordudur. Azərbaycan ordusu hər an Ali Baş Komandanın əmrini gözləyir. Son cəbhə bölgəsində düşmənə verilən layiqli cavab və keçirilən təlimlər dediyimi fikrin sübutudur. Bu gün bizim hərbiçilər çox bacarıqlıdır. İnşAllah biz Azərbaycan xalqına o böyük qələbəni bəxş edəcəyik.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB