YAP GB-nin bir qrup üzvü Gürcüstanda səfərdədir

YAP GB-nin bir qrup üzvü Gürcüstanda səfərdədir

Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin bir qrup üzvü Gürcüstanda səfərdədir. SİA-nın məlumatına görə, YAP Gənclər Birliyinin bir qrup üzvü Almaniyanın Konrad Adenauer Fondunun 3-7 iyun tarixlərində gənc siyasətçilər üçün Gürcüstanda təşkil etdiyi "Yay məktəbi"ndə iştirak edəcək.

Qeyd edək ki, Konrad Adenauer Fondunun təşkilatçılığı ilə təşkil olunmuş bu proqramda Azərbaycandan olan nümayəndə heyəti ilə yanaşı Gürcüstan və Ermənistan gəncləri də təmsil olunurlar. "Yay məktəbi"ndə iştirak edəcək gənclərə xarici ekspertlər tərəfindən seminarlar, təlimlər keçiriləcək və bir sıra rəsmi qonaqlarla görüş təşkil olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə