Səfir: “Rusiya tanklarının Azərbaycana satışı kommersiya xarakterlidir”
"Rusiya tanklarının Azərbaycana satışı kommersiya xarakterlidir". SİA-nın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, bunu jurnalistlərə açıqlamasında Rusiyanın Ermənistandakı səfiri İvan Volınkov deyib.
"Bu sırf kommersiya məsələsidir, Burada siyasət axtarmağa dəyməz və bütün diqqəti silah satışı məsələsinə yönəltmək lazım deyil. Mən burada kriminal heç nə görmürəm, dəhşətli heç nə baş verməyib. Rusiyanın Ermənistanla da hərbi əməkdaşlığı yüksək səviyyədədir. Təmsil etdiyim ölkə Ermənistana da silah satır, həm də böyük ölçüdə", deyə səfir Ermənistan cəmiyyətinin təşviş keçirməsinin əsassız olduğunu bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB