Əli Hüseynli: "Məhkəmələrlə bağlı deyilənlər bizi çox təəccübləndirir"
"Məhkəmələrlə bağlı deyilənlər bizi çox təəccübləndirir". SİA-nın xəbərinə görə, bunu Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli deyib.
Onun sözlərinə görə, Azərbaycanda bəzi şəxslərin həbsdə olmasından cəmiyyətin böyük qismində narahatlıq yoxdur: "Əgər bu məsələ cəmiyyətin böyük qismini narahat etsəydi, ən azından burada parlamentarilər burada məsələni qaldırardılar. Əksinə, cəmiyyəti narahat edən məsələ odur ki, nə üçün İsmayıllıda iğtişaşlar törədilib, nə üçün NİDA-çı gənclər hadisələrdə iştirak ediblər. Bu cür narazılıqlar kənardan, Azərbaycandan xaricdə olan qüvvələrin müdaxiləsi nəticəsində baş verib".
Ə. Hüseynli hesab edir ki, indiki mərhələdə hər kəs Azərbaycan məhkəmələrinin qəbul etdiyi qərarlara hörmətlə yanaşmalıdır : "Məhkəmə qərarları qüvvəyə minməmiş fikir yürütmək lazım deyil. Digər tərəfdən, Azərbacan Avropa Məhkəməsinin yurisdiksiyasındadır və Avopa Şurasının üzvlərindən fərqli olaraq biz hətta məhkəmədə sürətlə bxılmasını imkan verən protokolları təsdiqləmişik. Hər kəs bu imkanlardan yararlana bilər".
Spiker Oqtay Əsədov isə millət vəkilinə bu məsələdə onu qabaqladığını deyib: "Təssüf ki, bir çox beynəlxalq və yerli QHT-lər məhkəmə qərarlarının əleyhinə çıxış edirlər. AŞPA-nın daimi komitəsinin iclasının Azərbaycanda keçirilməsi zamanı bunun bir daha şahidi olduq. Belə ki, AŞPA-nın sədri A. Brösser çıxışına başlayan kimi Azərbaycana hücum xarakterli danışdı. Onların beyni o qədər doludur ki, dərhal bizə qarşı qərəzli mövqedən çıxış edirlər. "Yeni Azərbaycan" qəzetindən başqa heç bir mətbuat orqanında o qadının söylədiyi fikirlər yer almadı. Azərbaycanın mövqeyini dəstəkləyən, yaxud da Dağlıq Qarabağ məsələsində ölkəmizin yanında olması ilə bağlı səsləndirilən fikirləri heç bir jurnalist yazmadı. Ancaq bir kəlmə deyildi ki, Azərbaycanda insan hüquqları pozulub, dərhal bütün mətbuatda bu barədə yazılar dərc olundu. Tənqidlə yanaşı, tərifləri də verə bilməliyik".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB