Ötən əsrin əvvəllərində, AXCP-Müsavat hakimiyyəti dövründə Qarabağ ətrafında baş verən hadisələrlə bağlı SİA-ya ilginc məlumat daxil olub.
Belə ki, adının çəkilməsini istəməyən keçmiş İran hərbçisi iddia edir ki, o vaxt İran Azərbaycana sırf qardaş kimi edəcəkdi, ancaq Əbülfəz Elçibəy buna imkan verməyib:"Ötən əsrin əvvəllərində qardaş Azərbaycan dövlətinin faciəsini görürdük, bilirdik. Ermənilər tərəfindən insanların qətlə yetirilməsi bizi incidirdi. Biz erməni vəhşiliyinin şahidi idik. Azərbaycana kömək etmək istədik, bu addımı heç bir siyasi münasibətə söykənmədən etmək istədik. Həm dinimiz birdir, həm də Azərbaycanın ordusu yox idi, insanların əlindən adi məişət silahlarını da almışdılar. Lakin Elçibəy bizə imkan vermədi".
Keçmiş İran hərbçisi qeyd edib ki, əgər Elçibəy iranın köməyini qəbul etsə idi, Kəlbəcər işğal olunmayacaqdı: "İrandan bir neçə general və yüzlərlə xüsusi təyinatlı ayrıldı ki, Azərbaycan hökuməti ilə dərhal görüşüb Qarabağ yolda düşək. Hətta sərhəddi keçdik. Yarıyolda bizə məlumat verdilər ki, Elçibəy İranın köməyini qəbul etmir. Deyir ki, Ermənidən kömək alaram, amma İrandan yox. Bir az təkid etdik, ancaq münaqişə yaranmasın deyə, biz geri qayıtdıq. Biz komandanlığı da Azərbaycan hakimiyyətinə verəcəkdik, qəbul etmədilər. Elçibəyin ən böyük səhvi idi. Ona görə də, rayonların sonrakı işğalının qarşısını almaq mümkün olmadı".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB