1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib
Bu gün Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatı Gənclər Birliyi və Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyinin birgə təşkilatçılığı ilə 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə tədbir keçirilib. SİA-nın məlumatına görə, Ay İşığı ailəvi istirahət kompleksində qeyd edilən tədbirdə Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova, Qayğı-Sağlam Nəsil Naminə İctimai Birliyinin sədri Sevinc Abdullayeva və digər qonaqlar iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Nizami rayon İcra Hakimiyyəti başçısının müavini Gülnaz İsrafilova bildirib ki, ölkə rəhbəri İlham Əliyev və Heydər Əliyev Fondunun Prezidenti Mehriban Əliyevanın uşaqlara, körpələrə xüsusi diqqət və qayğısı yüksək səviyyədədir: "Uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, layiqli vətəndaş kimi formalaşması dövlətin həyata keçirdiyi prioritet istiqamətlərindən birini təşkil edir".
Tədbirdə Nizami Rayon Uşaq və Yeniyetmələrin Yaradıcılıq Mərkəzinin kollektivi müxtəlif rəqs və ifalarla çıxış ediblər. Daha sonra uşaqlara müxtəlif oyunlar nümayiş etdirilib. Sonda uşaqlara hədiyyələr təqdim edilib.
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB