28 May Respublika günü İsveçrədə qeyd edilib FOTOLAR

28 May Respublika günü İsveçrədə qeyd edilib FOTOLAR

Ötən gün İsveçrənin paytaxtı Bern şəhərində Azərbaycan Respublikasının İsveçrə Konfederasiyasındakı Səfirliyi tərəfindən 28 May – Respublika günü münasibətilə rəsmi ziyafət təşkil edilib. Səfirlikdən SİA-ya verilən məlumata görə, təqribən 250 qonağın qatıldığı tədbirdə İsveçrənin federal və kantonal qurumlarının rəsmiləri, İsveçrədə akkreditə olunmuş diplomatik korpus, ölkə ictimaiyyətinin tanınmış simaları, elm xadimləri, işgüzar dairələrin nümayəndələri, eləcə də İsveçrədəki Azərbaycan diasporasının fəalları iştirak ediblər.

Ziyafətdə istedadlı pianoçu Emil Muradovun ifasında Azərbaycanın milli musiqisi səsləndirilib, müasir Azərbaycanın görüntülərindən ibarət video-çarx nümayiş etdirilib və milli mətbəximizin ləziz təamları qonaqlara təqdim olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə