28-29 may tarixlərində nazir Elmar Məmmədyarov Qoşulmama Hərəkatının Əlcəzairdə keçirilən XVII nazirlər konfransında iştirakı çərçivəsində Qoşulmama Hərəkatının Avropa Qrupundan sədr müavini qismində çıxış edib. Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) SİA-ya verilən məlumata görə, xəbərdə deyilir: "Cənab sədr, Nazirlər, Zati-aliləri, Xanımlar və cənablar.
Mən, Avropa Qrupunun adından açılış nitqini söyləməkdən şərəf duyuram.
İlk öncə Əlcəzair Xalq Demokratik Respublikasına, xüsusilə xarici işlər naziri cənab Ramteyn Lamamraya qonaqpərvərliyə görə təşəkkürümü bildirmək və Nazirlər Görüşünün təşkilində uğurlar arzulamaq istəyirəm.
Biz inanırıq ki, görüş bizim beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan ədalətli, çiçəklənən, əminaman və təhlükəsiz dünya qurmaq səylərimiz istiqamətində böyük addım olacaq. Bu məqsədlə Avropa Qrupu görüşün işinə töhfə vermək niyyətindədir.
Əminik ki, bizim buradakı görüşümüz və onun nəticəsində qəbul edəcəyimiz yekun sənəd Hərəkatın prinsip və məqsədlərinə dəstək olaraq kifayət qədər hərtərəfli gündəliyi əks etdirir. Şübhəsiz ki, nəticədə o üzv dövlətlər tərəfindən həmrəylik ruhunda həyata keçiriləcək.
Bütün dünyada beynəlxalq sülhün və təhlükəsizliyin gücləndirilməsində böyük rol oynayacağına əmin olduğumuz Qoşulmama Hərəkatının prinsip və məqsədlərinə dəstək olaraq Avropa Qrupu siyasi məsləhətləşmələr və praktiki əməkdaşlığın genişləndirilməsi və dərinləşdirilməsi istiqamətində Hərəkat çərçivəsində aktiv qarşılıqlı fəaliyyət göstərəcək.
Təşəkkür edirəm.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB