Respublika günü ilə əlaqədar təbrik məktubları gəlir

Respublika günü ilə əlaqədar təbrik məktubları gəlir

Almaniya prezidenti Yoaxim Qauk Azərbaycan prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. SİA-nın məlumatına görə, məktubda deyilir:

"Cənab Prezident, Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Almaniya-Azərbaycan münasibətlərinin dinamik inkişafı Sizin ölkənin beynəlxalq aləmdə artan əhəmiyyətini əks etdirir. Mən şadam ki, Azərbaycan Almaniya və Avropa ilə sıx əməkdaşlığın tərəfdarıdır. Bu fakt Azərbaycanın "Cənub" qaz dəhlizində iştirakı ilə bağlı tarixi qərarının əsasını təşkil edib. Almaniya Sizin Avropa İttifaqı ilə sıx əməkdaşlıq etməyə hazır olmağınızı, Avropanın dəyərlər və hüquqlar sisteminə qoşulmaq istəyinizi alqışlayır.

Almaniya Azərbaycanın modernləşmə və islahatlar istiqamətində səylərini dəstəkləmək üçün siyasi dialoqu, eləcə də ölkələrimiz arasında iqtisadi, mədəni və təhlükəsizlik sahəsində əməkdaşlığı daha da inkişaf etdirmək əzmindədir. Sizə ən xoş arzularımı çatdırır, Azərbaycan xalqına sülh, tərəqqi və rifah dolu gələcək diləyirəm".

Avstriya prezidenti Haynts Fişer, Koreya prezidenti xanım Pak Kin He, Sloveniya prezidenti Borut Pahor və Səudiyyə Ərəbistanının Kralı Abdullah bin Əbdüləziz əl-Səud da Azərbaycan prezidentini təbrik ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə