"Mən birmənalı olaraq ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın hərəkətlərini qınayıram. Beləcə, Prezident Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin səfirin ünvanına söylədiyi fikirləri də tam dəstəkləyirəm. Hesab edirəm ki, PA rəsmisinin səfirin ünvanına yönəlik iradları tamamilə məntiqli və düzgündür". Bunu SİA-ya millət vəkili Fəzail Ağamalı deyib.
Millət vəkilinin sözlərinə görə, bu insanlar artıq həddlərini aşırlar. Düşünürəm ki, onların buna ixtiyarı yoxdur. Diplomatik fəaliyyət haqqında qəbul edilmiş Beynəlxalq Konvensiya var. Bu mənada konvensiyanın müddəalarından kənara çıxmağa heç kimə hüquq və səlahiyyət verilməyib. Təsəvvür edin ki, analoji hal Azərbaycan səfiri tərəfindən ABŞ-da, Fransada, Skandinaviya və digər Qərb ölkələrində nümayiş etdirilir. Bu zaman həmin ölkələrin rəsmi orqanları, dövlət rəhbərləri, cəmiyyəti bunu heç də müsbət qarşılamazdı. Hesab edirəm ki, həmin an silahın bütün növlərindən istifadə edilərək bizim diplomata qarşı atəş açılar və həmin ölkədən çıxarılardı. Biz isə bu məsələyə daha hümanist mövqedən yanaşırıq. Amma çox təəssüf ki, onlar da bizim bu hümanistliyimizdən sui-istifadə edirlər. Təbii ki, bu da yolverilməzdir. Bütün bunlar diplomatik qaydaların pozulması deməkdir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB