Mayın 22-də Türkiyənin www.timeturk.com internet səhifəsində Ermənilərin Kəlbəcərdəki qızıl yataqlarında azərbaycanlı əsirlərinin olması və həmin əsirlərə işgəncələrin verilməsi haqqında yazı dərc edilib.
SİA-nın məlumatına görə, "Ermenistanın madenlerinde Azeri esirler varmı?" başlığı ilə verilən yazıda mədənlər Ermənistan mədənləri kimi göstərilib.
Msələyə reaksiya verən Azərbaycan Təhsil Mədəniyyət və Yardımlaşma Dərnəyinin (AZEDER) yazının düzgün şəkildə dərc edilməsi tələbini irəli sürüb. Bu təkiddən sonra qısa bir zamanda bu yanlışlıq aradan qaldırılıb. Yazıda ərazilərin Ermənistan tərəfindən işğal olunduğu qeyd edilib.


Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB