Bu gün Milli Məclisdə Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Daimi Komitəsinin iclası keçirilir. SİA-nın xəbərinə görə, iclas Azərbaycanın Nazirlər Komitəsinə sədrliyi çərçivəsində (14 may - 13 noyabr 2014) baş tutur.
İlk olaraq AŞPA-nın sədri Anne Brasseur çıxış edib.
Daha sonra Milli Məclisin Sədri Oqtay Əsədov iştirakçılara müraciət edib.
Sonra parlament üzvləri bu gündən başlayaraq 6 ay müddəti ərzində Avropa Şurası Nazirlər Komitəsinə sədrlik edəcək Azərbaycanın Xarici İşlər Naziri Elmar Məmmədyarovla fikir mübadiləsini aparacaqlar.
Müzakirələrin mərkəzində Azərbaycanın sədrliyi dövründə prioritetləri və Assambleyanın Nazirlər Komitəsi ilə davamlı siyasi dialoqu çərçivəsində olan digər məsələlər olacaq.
Müzakirə olunacaq mövzulara miqrantlar və qaçqınlar arasında QİÇS-ə qarşı mübarizə, miqrantların yetkinlik yaşına çatan övladlarının hüququları, və Avropanın məcburi köçkün və qaçqınlar standartlara uyğun olmayan kollektiv mərkəzlərinə alternativlər daxildir. İclasda həmçinin İdman Müsabiqələrinin Manipulyasiyasına qarşı Avropa Şurasının Konvensiyasının layihəsi, Milli İnsan Hüquqları İnstitutları ilə Parlamentlər arasında bərabərlik və qeyri-ayrı-seçkilik məsələləri üzrə əməkdaşlığın təkmilləşdirilməsi, və "BEŞDƏN BİR" Kampaniyasının sona çatması müzakirə olunacaq.
Hazırda iclas davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB