Qabil Hüseynli: “Qərara alınıb ki, həmin ənənə bundan sonra da davam etdirilsin” AÇIQLAMA

Qabil Hüseynli: “Qərara alınıb ki, həmin ənənə bundan sonra da davam etdirilsin” AÇIQLAMA

"Azərbaycanla Vyetnam və Çin arasında yüksək ticari və mədəni əlaqələr mövcuddur". Bunu SİA-ya politoloq Qabil Hüseynli Azərbaycan Prezidenti İlham Əliyevin Vyetnam və Çin səfərinə münasibət bildirərkən deyib.

Politoloqun sözlərinə görə, bu əlaqələr nəticəsində ticarət dövriyyəsinin iki dəfə artırılacağı gözlənilir: "Bununla yanaşı iki ölkə arasında bir sıra mühüm sənədlər imzalanıb. Həmin sənədlər həm mədəni, həm də iqtisadi sahədə ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə yönəlib. Ümumiyyətlə, Prezident İlham Əliyevə Vyetnam dövlətində çox gözəl münasibət bəslədilər. Vyetnamlılar Ümummilli Lider Heydər Əliyevin də bu ölkəyə səfərini çox yüksək xatırladıqlarını dilə gətirdilər. Onlar qeyd edirlər ki, Ulu Öndər Vyetnam dövlətinin çox yaxın dostlarından biri idi. Xüsusi olaraq o da vurğulanıb ki, Heydər Əliyev Vyetnama edilən yardımların artırılmasının bilavasitə təşəbbüskarlarından biri olub. Bu mənada cənab Prezident İlham Əliyevin də bu siyasi kursu uğurla davam etdirməsi Vyetnam üçün mühüm əhəmiyyətə malikdir. İndiyənədək bu dövlət bütün beynəlxalq təşkilatlarda Azərbaycanın mövqeyini müdafiə edib və qərara alınıb ki, həmin ənənə bundan sonra da davam etdirilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə