Asim Mollazadə: “Bu əməkdaşlıq qarşılıqlı iqtisadi maraqlar üzərində qurulur” AÇIQLAMA
"Bu onu göstərir ki, Azərbaycan öz iqtisadi və siyasi münasibətlərinin coğrafiyasını genişləndirir". Bunu SİA-ya millət vəkili Asim Mollazadə bəzi siyasi şərhçilərin Azərbaycanın Şanxay Sammitinə qatılmasını Ukrayna məsələsindəki mövqeyinə görə, Rusiyanın könlünü almağa hesablanmış addım kimi qiymətləndirməsinə münasibət bildirərkən deyib.
Parlament üzvünün sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Sammitinə qatılmamışdan öncə Vyetnama səfər etdi: "Azərbaycan artıq Sakit Okean, Asiya bölgəsinin ölkələri ilə də öz əməkdaşlığını inkişaf etdirir. İlk növbədə bu əməkdaşlıq, qarşılıqlı iqtisadi maraqlar üzərində qurulur. Bu Sammitdə iştirak Azərbaycanın Asiya ölkələri ilə münasibətlərinin möhkəmlənməsinə ünvanlanıb. Bununla yanaşı Azərbaycan yenə də beynəlxalq tədbirin fürsətlərindən istifadə edərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və öz problemləri barəsində beynəlxalq ictimaiyyəti bir daha məlumatlandırmaq imkanına nail oldu. Bu toplantının fonunda qəbul olunan qətnamədə münaqişə barəsində yer alan məsələlər ölkəmizin maraqlarına uyğundur. Bu konfransda radikal separatizmin pislənilməsi, eləcə də qonşuların bir-birinə qarşı ərazi iddiasına xələl gətirməsi sənəddə öz əksini tapıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB