Müxalifətin faciəsi bu günə qədər apardığı yalnış siyasətin nəticəsidir
Vəhdət Partiyasının sədri Tahir Kərimlinin SİA-ya müsahibəsi
- Tahir bəy, müxalifət liderləri gənclərdən istifadə etməklə aksiyalar kecirməyi planlaşdırırlar. Sizcə, indiki məqamda hansısa aksiyaların keçirməsinə zərurət varmı?
- Ölkədə hər hansı bir partiya tərəfindən kütləvi tədbirlərin keçirilməsi ilə bağlı qanun vericiliyik mövcuddur. Müxalifət partiya rəhbərləri qanunlara uyğun şəkildə müraciə edərək aksiyalar kecirə bilərlər. Ammamüraciət qaydalarıda qanuna müvafiq olmalıdır. Yəni kütləvi tədbirin keçirilməsi ilə bağlı olan müraciətdə müraciət edən şəxslərin partiyalılığı, hansı təşkilatın məhsuliyyət daşıyacağı göstərilməlidir. Təəssüf ki, müxalifət təmsilçiləri öz məqsədlərinə çatmaq üçün yeniyetmə gənclərdən istifadə etmək istəyirlər. Lakin müxalifətçilər istəklərinə nail ola bilməyiblər. Bu gün müxalifət partiya rəhbərləri hansı birlikdən danışaraq kütləvi tədbirlər keçirmək istədikləri, məmmalıdır.
- Ukraynada baş verən məlum olaylardan müxalifətin həvəsləndiyini və Rusiyadan hər hansı bir dəstək umacağını ümid bəsləyib, aksiyalara meyil göstərdiyini demək olarmı?
- Təbii ki, Ukraynada baş verən hadisələr həmin ölkədə yaşanan əhaliyə mənfi təsir göstərib. Ukraynada baş verən proseslər dərinləşdikcə vəziyyət daha çıxılmaz situasiyaya doğru yönələcək. Bu da nəticə etibarı ilə ölkənin parçalanması ilə baş çatan amil kimi qiymətləndirilə bilər. Bu baxımdan, Ukraynada baş verən hadisələrin Azərbaycanda baş verməsi qeyri-mümkündür. Çünki Azərbaycan xalqı vaxtı ilə öz seçimini edərək qətiyyətli mövqeyini göstərib.
- Leyla Yunusun təşkilatı vasitəsi ilə milyonlarla dollar vəsait alan AXCP və Müsavat yetkililəri aldığları bu vəsaitin hesabına ölkədə hər hansı bir qarşıdurmalar iğtişaşlar, törətməyə cəhd etdiklərini demək olarmı?
- Müxalifətin faciəsi bu günə qədər apardığı yalnış siyasətin nəticəsidir ki, bu cür çıxılmaz bir vəziyyətə düşüb. Ona görə də, müxalifət partiyaları ayaqda qalmaq üçün xarici qüvvələrə üz tuturlar. Bununda müxalifət təmsilçiləri QHT-lər vasitəsi ilə həyata keçirir. Amma müxalifətin nə istəməsindən aslı olmayaraq Azərbaycanda heç bir iğtişaşlar yarada bilməz.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB