Elman Məmmədov: “Uorlikə ulu babalarının tarixini xatırlatmaq lazımdır”
"Ermənilər boş-boş sayıqlayırlar ki, Qarabağ bizimdir, hətta bütün Qafqaz bizimdir və s. Bunlar yüz ildir bu fikirlərlə yaşayırlar. Bu isə sərsəmlik nümunəsidir". Bu fikirləri SİA-ya açıqlamasında millət vəkili Elman Məmmədov ATƏT-in amerikalı həmsədri Ceyms Uorlikin tez-tez mövqe dəyişməsinə münasibətini açıqlayarkən deyib.
Millət vəkili qeyd edib ki, bu xalq tarix boyu bəzi havadarlarının köməyi ilə bir sıra torpaqları, o cümlədən də Azərbaycanın əzəli torpaqlarını işğal ediblər: "200-300 il əvvəl Avropada müxtəlif millətlərdə məxsus nə qədər qaçaq, quldur var idisə, Amerikada yerli tayfaları qırdılar özlərini də yerli əhali adlandırdılar. Bu baxımdan da, ermənilərlə bunların xasiyyətləri uzlaşır. Ceyms Uorlikə ulu babalarının tarixini xatırlatmaq lazımdır. Belə düşünürəm ki, hətta Xocalı soyqırımının törədilməsində, eləcə də digər işğal faktlarının həyata keçirilməsində Koçaryan, Ohanyan və digər ermənilərlə yanaşı Uorlik də iştirak edib".
Elman Məmmədov onu da vurğulayıb ki, bizim üçün əsas Azərbaycan xalqının fikridir, iradəsidir: "Hər zaman xalqının fikirlərini çox cəsarətlə, qətiyyətlə öz çıxışlarında ifadə edən Cənab İlham Əliyevin fikirləri bizim üçün prioritetdir. Bu gün bu ideya, fikir, iradə aydın şəkildə özünü göstərməkdədir. Ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə bütün mülkü vasitələrdən istifadə etməklə işğal altında olan torpaqlarımızın azad olunmasına nail olacağıq. Kimin nə söylədiyi isə bizim üçün heç bir əhəmiyyət kəsb etmir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB