Bu ilin 19-20 may tarixlərində Moskva şəhərində Xəzər məsələləri üzrə Azərbaycan-Rusiya ikitərəfli məsləhətləşmələrinin növbəti mərhələsi keçiriləcək. Azərbaycan Xarici İşlər Nazirliyindən (XİN) SİA-ya verilən məlumata görə, məsləhətləşmələrdə Azərbaycan Respublikası tərəfindən xarici işlər nazirinin müavini Xələf Xələfov, Rusiya Federasiyası tərəfindən isə Rusiya Federasiyası Prezidentinin dövlət sərhədlərinin delimitasiya və demarkasiya üzrə xüsusi nümayəndəsi, Xəzər dənizinin hüquqi statusu üzrə çoxtərəfli danışıqlarda Rusiya nümayəndə heyətinin rəhbəri İqor Bratçikovun iştirakı nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB