Əli Həsənov: “Bu səfər də digərləri kimi, nəticəsiz olacaq” AÇIQLAMA
"Bizim üçün qaranlıq qalan məsələ var. 20 ildir ki, ATƏT-in Minsk qrupu həmsədrləri məsələni həll edə bilmir və yaxud həll etmək istəmir". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov həmsədrlərin regiona 2 günlük səfərinə münasibət bildirərkən deyib.
Baş nazirin müavini deyib ki, bu məsələ hər zaman qeyd olunur: "Azərbaycan Prezidenti İlham Əliyev daima deyir ki, onların gördüyü işlər hələ ki, nəticəsizdir. Sözün həqiqi mənasında bu belədir və faktdır. Burada başqa bir məsələ ondan ibarətdir ki, axı nəyə görə onlar bizim məcburi köçkünlərlə görüşmür? Onlara bu sual ünvanlanmalıdır.
Hələ 2001-ci ildə Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə onlar bir dəfə ağdamlı köçkünlərlə görüşmək istəyiblər. Mən də onları həmin əraziyə apardım. Təbii ki, ağdamlılar onlara çox sərt suallar verdilər. Bundan sonra isə onların heç bir görüşü olmadı.
Digər tərəfdən həmsədrlər etimaddan danışırlar. Əgər onlar qarşılıqlı etimadı ön plana çıxarırlarsa, niyə bir dəfə də olsun məcburi köçkünlərlə görüşmürlər? Bu mənada hesab edirəm ki, mətbuat işçiləri həmsədrlərə bu sualı verməlidir. O ki qaldı onların növbəti səfərində nələrin baş verəcəyinə, düşünürəm ki, bu səfər də digərləri kimi, nəticəsiz olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB