Novruz Məmmədov: “Bu mövqe Azərbaycan üçün qəbuledilməzdir” AÇIQLAMA

Novruz Məmmədov: “Bu mövqe Azərbaycan üçün qəbuledilməzdir” AÇIQLAMA

"Çox təəssüflə qeyd etmək istəyirəm ki, ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstarın "Azadlıq radiosuna" verdiyi müsahibə Azərbaycanın daxili işlərinə müdaxilədir". SİA-nın məlumatına görə, bunu bu gün jurnalistlərə açıqlamasında Prezident Administrasiyası rəhbərinin müavini, Xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov deyib.

"Əslində bu, hamı üçün aydındır. ABŞ və yaxud başqa bir dövlətin səfirinin başqa bir ölkənin (Azərbaycanın və s.) daxili işlərinə qarışmaq hüququ yoxdur. Azərbaycan üçün belə bir mövqe qəbuledilməzdir. Eyni zamanda ölkənin daxili işlərinə müdaxilə səfirlərin beynəlxalq aləmdə qəbul edilmiş missiyasına uyğun deyil. Səfirinin bu addımı diplomatik əlaqələr haqqında Vyana Konvensiyasının maddələrinin kobud şəkildə pozulması deməkdir", - deyə, PA rəsmisi fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə