Fransada hamını "Ümumiyyətlə o, nəyisə bacarır?" sualının cavabı maraqlandırır
Ollandı TV-də lağa qoydular

Fransa prezidenti Fransua Ollandın Azərbaycana səfəri hələ də Fransa mediasının diqqətindən kənarda qalmayıb. "Kanal plyus"da yayımlanmış 3 dəqiqəlik sujetdə, yerli jurnalistlər əkilmiş ağacı belə düzgün suvara bilməyən prezidenti əməlli-başlı lağa qoyurlar. "Bəs o, ümumiyyətlə nəyisə bacarır?" deyə sujeti hazırlayandan belə bir şərh gəlir.

Xatırladaq ki, Azərbaycana səfəri zamanı çəkilmiş həmin videoda, Fransua Olland və İlham Əliyev yeni əkilmiş ağacları sulayır. İlham Əliyev bellə yeri qazır. Olland isə beli cangüdəninə ötürür. Daha sonra ağacı sulamaq vaxtı gəlir, Olland su səpələyəni götürür, o qədər güclü əyir ki, su birdəfəyə səpələyənin bütün deşiklərindən tökülür.

"Kanal plyus" Olland üçün xüsusi olaraq, ağacı sulamağın düzgün yolunu göstərən video təlimat da hazırlayıb.

Qeyd edək ki, fransızlar öz prezidentlərindən o qədər cana gəliblər ki, telekanallar artıq onun xarici və ya ölkədaxili siyasətini təhlil etmir, əksinə kütləvi informasiya vasitələri onun şəxsi həyatı, gizli sevgilisi və ya eynicinslilər arasındakı nikaha münasibəti barədə məlumatlar yayır.

Bütün xəbərlər Facebook səhifəmizdə