Elşad Mirbəşiroğlu: “Fransanın fəallıq göstərməsi görüntü xarakteri daşıyır” MÜSAHİBƏ

Elşad Mirbəşiroğlu: “Fransanın fəallıq göstərməsi görüntü xarakteri daşıyır” MÜSAHİBƏ

"Prezident İlham Əliyevin keçirdiyi bütün görüşlərdə və apardığı danışıqlarda Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunması əsas müzakirə obyekti olub". Bu fikirləri SİA-ya açıqlamasında politoloq Elşad Mirbəşiroğlu Fransa prezidenti Fransua Ollandın Azərbaycan Prezidenti İlham Əliyevi və Ermənistan prezidenti Serj Sarkisyanı Parisə səfərə dəvət etməsinə münasibətini açıqlayarkən deyib.

Onun fikrincə, Ermənistan rəsmilərinin bu gün nümayiş etdirdiyi mövqe ilə Azərbaycan hakimiyyətinin nümayiş etdirdiyi mövqe arasında çox böyük fərq var: "Çünki Azərbaycan sülhün və təhlükəsizliyin təmin olunmasına çalışdığı halda, Ermənistan rəhbərliyi hansısa subyektlərin maraqlarına uyğun olaraq status-kvo vəziyyətinin saxlanılmasına çalışır. Bir sözlə, Fransa və Avropa Birliyi Ermənistanla təzyiq dilində danışmalıdırlar. Belə olan halda isə bu səfərlərin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsinə müsbət təsiri ola bilər".

"Fransanın bu proseslərə müdaxiləsi Rusiya tərəfindən hər hansı bir qıcıq yarada bilərmi" sualını cavablandıran politoloq bildirdi ki, Farnsa, Rusiya və ABŞ ATƏT-in Minsk Qrupunun həmsədr ölkələridir: "Həmsədlərin başlıca vəzifəsi Dağlıq Qarabağ münaqişəsinin dinc vasitələrlə tənzimlənməsi istiqamətində fəaliyyət göstərməsidir. Burada bizim müşahidələrimiz göstərir ki, həmsədrlər arasında da bu münaqişə vəziyyətinə daha çox nəzarət etmək və təsir imkanları və riçaqlar əldə etmək istəyirlər. Yəni, həmsədrlərin Dağlıq Qarabağ münaqişəsinin həllində öz fəallığını nümayiş etdirmək istəyir. Amma həmsədrlər arasında münaqişə prosesinə daha çox müdaxilə etmək məsələsində bir rəqabət xarakterli vəziyyətin görünməsini hardasa bir müsbət hal kimi də qiymətləndirmək olar. Çünki hərəflər çalışarlar ki, məhz Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində daha çox addımlar və özlərinin bir imicini formalaşdırsınlar ki, onlar hansısa bir problemin həlli istiqamətində ən azından real addımlar ata bilirlər. Amma bu gün vəziyyət ondan ibarətdir ki, ümumiyyətlə, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində ATƏT-in Minsk Qrupunun həmsədrin fəaliyyəti bir növ görüntü xarakteri daşıyır. Yəni real vəziyyət bundan ibarətdir ki, həmsədrlər bəyanatlar verərək səfərlər həyata keçirirlər".

Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi ilə bağlı irəliliyə doğru hər hansı bir addımın atılmadığını deyən Elşad Mirbəşiroğlu onu da qeyd etdi ki, əslində Fransanın fəallıq göstərməsi görüntü xarakteri daşıyır: "Rusiyada onun kimi yəni, öz riçaqlarından istifadə edərək təsir imkanlarını saxlamaq istəyir. Bir sözlə, tərəflər öz mövqelərini və yaxuddaki, prespektivdə atacaqları addımlar haqqında məlumatlıdırlar. Yəni, onlar biri-birlərinin nispi fəallığlarını qıcıqla qarşılamırlar. Əgər Fransa tərəfi münaqişənin tənzimlənməsi istiqamətində real addım atmaqda israrlı olsa, prinsipallığ nümayiş etdirsə belkədə Rusiya buna hər hansı bir formada reaksiya verərdi. Amma bu günləri nə ABŞ-ın, nə də ki, Fransanın Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi istiqamətində bu prinsipallığı görmürük. Ona görə də, bu gün Rusiyanın bu məsələyə necə münasibət bəsləməsinin müzakirə etməyə ehtiyac yoxdur. Və yaxuddakı əksinə Rusiya tərəfindən münaqişənin tənzimlənməsi istiqamətində hər hansı bir pozetiv addım olmadığına görə qarşı tərəfində bu məsələyə hər hansı bir formada reaksiyanını təhlil etməyə ehtiyac yoxdur".

Gülyanə Ağakərimova

Bütün xəbərlər Facebook səhifəmizdə