Niyaməddin Orduxanlı: "Arif Hacılı İsa Qəmbəri məğlub başqan kimi yola salacaq" MÜNASİBƏT
"İsa Qəmbərin Azərbaycan haimiyyətinə və xalqına qarşı olan məlum münasibəti illərdir ki, formalaşıb. Ümumiyyətlə, bu şəxsin yalnız iqtidara deyil, xalqa qarşı da müxalifətdə olması sirr deyil". Sözügedən fikirləri SİA-ya açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Niyaməddin Orduxanlı Müsavat Partiyasının başqanı İsa Qəmbərin müxtəlif bəhanələrlə başqanlıq postunu əldən verməməsi cəhdinə münasibətini açıqlayarkən dedi.
BAXCP rəsmisi İsa Qəmbərin həmməruzəçilərlə görüşündə özünü "ağıllı" aparması vasitəsi ilə başqanlıqda əvəzedilməz olduğunu sərgiləməyə çalşdığını deyib: "O, bütün imkanları və fəaliyyəti ilə məhz bu amillərə qarşı çıxıbdır. Yəni o, nəinki həmməruzəçilərlə, eləcə də digər beynəlxalq təşkilatın nümayəndələri ilə görüşlərində hətta milli maraqlarımıza da kölgə salmağa cəhd edib. Bu baxmdan, düşünürəm ki, nə kimi açıqlamalar, fikirlər və mülahizələr yürütməyindən asılı olmayaraq, artıq İsa Qəmbərin başqanlıqdan getmək günləridir. Onun bütün bəhanələri boş-boş sözlər və məntiqsiz ifadələrdir".
Niyaməddin Orduxanlı Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) İsa Qəmbərin bütün bəhanələrinin qarşısını kəsdiyini də bildirib: "BŞİH İsa Qəmbərin digər bəhanəsini də kəsibdir. Yəni onun tələb etdiyi min nəfərlik yeri rəhbəri olduğu partiyaya təqdim edibdir. Ona görə də İsa Qəmbər bundan sonra hansı cəhdi göstərsə belə, başqanlıqda qala bilməz. Artıq partiyanın daxilində də, məhz onların funksionerlərinin mətbuata verdiyi açıqlamalardan da görünür ki, Müsavat Partiyasında bir yeniliyə ehtiyac duyulur. Bu gün hamı da bilir ki, artıq Arif Hacılı Müsavat başqanı olacaq və İsa Qəmbəri tarixə məğlub bir başqan kimi yola salacaq".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB