Roma papası I Fransis mayın 24-də İordaniya Haşimilər Krallığına rəsmi səfər edəcək. SİA-nın xəbərinə görə, bu barədə jurnalistlərə açıqlamasında İordaniya Haşimilər Krallığının Azərbaycandakı səfirliyinin müvəqqəti işlər vəkili Fadi Qvayder deyib.
F. Qvayder Roma papası I Fransisin İordaniya Haşimilər Krallığına səfərini tarixi hadisə kimi qiymətləndirib: "Bundan öncə üç Roma papası İordaniya Haşimilər Krallığına səfər edib. Roma papası I Fransis bu vəzifəyə seçildikdən sonra xarici ölkəyə etdiyi ilk səfəridir. Səfər İordaniya Haşimilər Krallığının kralı II Abdullah İbn Əl-Hüseynin dəvəti ilə baş tutur. Bu səfər zamanı Papa İordaniya Kralı tərəfindən qarşılanacaq. Bundan sonra Papa İordan çayı istiqamətində – İsa Peyğəmbərin xaç suyuna salındığı yerlərə səfər edəcək və iki günlük səfəri ərzində dualar edərək dini ayinlər keçirəcək".
Müvəqqəti işlər vəkili vurğulayıb ki, İordaniya Haşimilər Krallığı müxtəlif dinlərin, məzhəblərin bir yerdə, tolerant şəkildə yaşadığı ölkədir.
F.Qvayder qeyd edib ki, Papanın İordaniya səfərinin bu ölkəyə turist axınının artması nöqteyi-nəzərindən də böyük əhəmiyyəti vardır.
F.Qvayderin sözlərinə görə, bu tarixi səfəri işıqlandırmaq üçün ölkəsinə dünyanın müxtəlif ölkələrindən 1000-ə yaxın media nümayəndəsi gələcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB