Elçin Behbudov: "Guya Kəmalə xlor içib, intihar etməyə cəhd göstərib" ETİRAZ

Elçin Behbudov: "Guya Kəmalə xlor içib, intihar etməyə cəhd göstərib" ETİRAZ

"On beş və daha artıq sutkalıq həbs olunanların saxlanma məntəqələrində hər hansı bir işgəncə barədə söhbət gedə bilməz". Bu fikirləri SİA-ya açıqlamasında İşgəncələrə Qarşı Azərbaycan Komitəsinin sədri Elçin Behbudov müxalifət mediasında AXCP fəalı Kəmalə Bənənyarlının işgəncələrə məruz qalması ilə bağlı yürüdülən iddialara münasibətini açıqlayarkən deyib.

Komitə sədri bu ərəfədə ümumiyyətlə, hər hansı işgəncə faktı ilə qarşılaşmadığını deyib: "Ümumiyyətlə, hələ mən bu günə qədər eşitməmişəm ki, orada kiməsə işgəncə versinlər, kimisə döysünlər. Müxalifət mediasında bu kimi qeyri-insani cəhdlər nəyə görə baş verir? Nə yazırlarsa, qoy yazsınlar. Ancaq hər halda, hansısa bir hadisə törədilərkən, hadisə törədəndən izahat alınır və s. Bu baxımdan, nəyə görə orada onu incitməlidirlər?".

Elçin Behbudov müxalifət mətbuatını ittiham edərək, boş işlərə vaxt sərf etdiklərini deyib: "Bu yaxınlarda da müxalifət mətbuatı yazıb ki, guya Kəmalə xlor içib, özünü intihar etməyə cəhd göstərib. Hətta Kəmalə Bənənyarlı həbs olunarkən mənə demişdi ki, ona qarşı şiddətli davranıblar, döyüblər və s. Ancaq mən tibb kartına baxdığım zaman, orada bu barədə heç bir yazı, ya da bildiriş yox idi".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə