Nərimanov rayonunun basketbol komandası şəhər çempionu oldu

Nərimanov rayonunun basketbol komandası şəhər çempionu oldu

Nərimanov rayonnda Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən paytaxt məktəbliləri arasında XXVI spartakiadanın proqramına daxil olan oğlanlar arasında basketbol növü üzrə yarış keçirilib. Yarış Nərimanov rayon ərazisində yerləşən 45 nömrəli tam orta məktəbin idman zalında baş tutub. Oğlanlardan ibarət basketbol yarışının nəticəsinə görə I yeri Nərimanov rayonu Məktəb Lisey Kompleksinin komandası, II yeri Qaradağ rayonu 139 nömrəli tam orta məktəb komandası, III yeri Yasamal rayonu Bakı Avropa Liseyinin komandası tutub.

Mərasimdə Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin baş məsləhətçisi, XXVI spartakiadanın baş hakimin müavini Salman Əbdülov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin məsul işçisi, XXVI spartakiadanın baş katibi Valentina Sultanova və Nərimanov rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov iştirak edərək qalibləri təbrik ediblər.

Yarışda I, II və III yerləri tutan komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplom və hədiyyələrlə təltif olunublar.


İntizarə Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə