Bu gün Milli Məclisdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvləri ATƏT Parlament Assambleyasının sabiq sədri, İtaliya parlamentinin üzvü Rikardo Miqliori ilə görüşüblər. SİA-nın məlumatına görə, bunu mətbuata açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədri, millət vəkili Qüdrət Həsənquliyev bildirib.
Görüşdə İtaliya-Azərbaycan parlamentlərarası əlaqələrinin perspektivi, Dağlıq Qarabağ problemi və digər məsələlərlə bağlı fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun sədri, millət vəkili Azər Kərimli, qrupun üzvləri, millət vəkilləri Eldar İbrahimov, Qüdrət Həsənquliyev və İlham Əliyev iştirak ediblər.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB