Uorlik: “Həmsədrlər Kəlbəcər və Laçına getməyi planlaşdırırlar”

Uorlik: “Həmsədrlər Kəlbəcər və Laçına getməyi planlaşdırırlar”

ATƏT-in Minsk qrupunun həmsədrləri regiona səfər çərçivəsində Azərbaycanın ermənilər tərəfindən işğal olunmuş Kəlbəcər və Laçın rayonlarına baş çəkməyi planlaşdırırlar. SİA bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Ceyms Uorlikin "Twitter" səhifəsinə istinadən xəbər verir.

"Həmsədrlər regiona səfəri çərçivəsində Laçına və Kəlbəcərə getməyi planlaşdırılar"- deyə, amerikalı həmsədr qeyd edib.

Xatırladaq ki, həmsədrlərin regiona səfəri mayın 16-da başlayacaq. Onlar Bakıya mayın 19-da gələcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə