"The Business Year: Azərbaycan-2014" jurnalının təqdimat mərasimi keçirilir YENİLƏNİR -FOTO

"The Business Year: Azərbaycan-2014" jurnalının təqdimat mərasimi keçirilir YENİLƏNİR -FOTO

Bu gün "Four Seasons" hotelinin konfrans zalında Böyük Britaniyanın nüfuzlu "The Business Year" jurnalının 2014-cü ildə Azərbaycanla bağlı buraxılışının təqdimatı keçirilib. SİA-nın xəbərinə görə, təqdimatda jurnalın regional direktoru Betül Çakaloğlu, Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov, energetika naziri Natiq Əliyev, Milli Məclisin sədr müavini Bahar Muradova və digər rəsmi şəxslər, qonaqlar, media nümayəndələri iştirak ediblər.

Mərasimdə vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və digər nüfuzlu dövlət və hökumət nümayəndələrinin müsahibələri yer alıb.

Daha sonra "The Business Year" jurnalının 2014-cü ildə Azərbaycanla bağlı buraxılışına həsr olunmuş videoslayd nümayiş etdirilib.

"The Business Year" jurnalın ölkə meneceri Bətul Çakaloğlu Azərbaycana həsr edilmiş növbəti buraxılışı barədə iştirakçılara məlumat verib. Bildirilib ki, baş ofisi Londonda yerləşən "The Business Year" dünyanın müxtəlif bölgələrini - Latın Amerikası, Asiya, Afrika qitələrini əhatə edən geniş coğrafiyada sosial-iqtisadi prosesləri izləyən və işıqlandıran, mötəbər analizlərlə çıxış edən nüfuzlu şirkətdir: "The Business Year" ayrı-ayrı ölkələrin sosial-iqtisadi durumu və inkişaf meyilləri, biznes və investisiya mühiti, aparıcı şirkətləri və digər məsələlər haqqında ildə 20-dən çox xüsusi buraxılış hazırlayır və bütün dünyada yayır. Şirkətin xüsusi buraxılışları dünyanın aparıcı biznes layihələrinin reallaşdırılmasına öz töhfəsini verir. "The Business Year" şirkəti 2011-ci ildən Azərbaycanla əməkdaşlığa başlamış və ölkəmizə dair 4 xüsusi buraxllış hazırlayıb və yayıb".

Azərbaycan Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov tədbirdə çıxış edərək jurnalın ölkəmiz üçün əhəmiyyətindən danışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə