Elşən Musayev: “Hansısa əcnəbi tərəfindən adam yerinə qoyulmağın şokunu yaşayırdılar ”
Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayevin SİA-ya müsahibəsi
- Elşən müəllim, Fransa prezidenti Fransua Ollandla İsa Qəmbər, Əli Kərimli, Leyla Yunus və digərlərinin görüşlərinə münasibətiniz necədir?
- Balta təyinatlı, balta xislətli insanlardan başqa nə gözləyirdiniz ki? Və ya gözləyirdinizsə də bundan artığınımı gözləyirdiniz? Əlbəttə, belə olacaqdı və bu duruma qətiyyən təəccüblənmək lazım deyil. Çünki, Azərbaycan siyasətində uzun illərdir radikal, dağıdıcı qüvvə kimi tanınan məlum qrup üçün dövlətçilik maraqları, milli maraqlar heç bir zaman prioritet təşkil etməyib. Əksinə həmin maraqlar ən xırda şəxsi ambisiyaların belə fövqündə dayanıb. Üstəgəl nəzərə alsaq ki, bu siyasi səbatsızların, bu bədbəxtlərin başında Əli Kərimli, Leyla Yunus kimi satqınlar gedir, yəni onların təmsilçiləri adını çəkdiyim şəxslərdir, o zaman məsələnin mahiyyəti daha da aydın olar. Bir məsələni də xüsusilə vurğulayım ki, Fransa prezidenti qarşısında ağlaşma, qeybət məclisi quranlar insan hüquqlarından-filan danışarkən yalnız öz hüquqlarını nəzərdə tutublar. İllərdir işğal altında olan Dağlıq Qarabağ mövzusu, bir milyon qaçqının hüququ ya da elə məhz Fransa kimi ermənipərəst dövlətlərin iki tirəli oyunlarının nəticəsi olaraq ortalıqda tapdanan Beynəlxalq hüququn normaları, Beynəlxalq Konvensiyaların müddəaları haqqda danışmaq ağıllarının ən uc nöqtəsindən belə keçməyib. Bu fakt isə bir daha təsdiq edir ki, biz uzun illər boyu müxalifətlə bağlı söylədiklərimizdə yanılmamışıq. Onlar bu milləti, bu dövləti öz maraqları naminə kimliyindən asılı olmayaraq hər kəsə peşkəş eləməyə hazırdırlar. Yetər ki, bunun üçün şərait yaransın və konkret təklif olsun.
- Sizcə, nəyə görə xarici ölkə başçıları, eləcə də beynəlxalq təşkilat rəhbərləri Azərbaycana gələn zaman eyni şəxslərlə, simalarla görüşməyə daha çox meyil göstərirlər. Konustruktiv partiya sədrləri ilə görüşməkdən niyə çəkinirlər?
- Deməzdim ki, görüş məsələsində bütün dövlət başçıları, ya da beynəlxalq təşkilatların rəhbərləri eyni fikirdədir. Yox, belə deyil. Bildiyim qədər son 5 ildə bu bir ilk idi. Elə ona görə də, müxalifətin təmsilçiləri eyforiyaya düşmüşdülər, sevincək olmuşdular və nəhayət ki, hansısa əcnəbi tərəfindən adam yerinə qoyulmağın şokunu yaşayırdılar. Sadəcə məsələnin mahiyyəti və məğzi bilirsinizmi nədir? –Kimə də lazım olmasa, məhz Fransaya lazım idi ki, Azərbaycanla bağlı saxta kompromat toplasın, potensial "işverənlərin"və satqınların sıralamasını özü üçün, bəlli etsin. Ona gərə də, protokola adı salınan insanlar konkret meyar və kriteriyalarla müəyyən olunmuşdu. Düşünmürəm ki, Fransua Olland kiminləsə görüşməkdən çəkinib. Sadəcə, haqqında danışdığınız konstruktiv mövqeli partiya sədrləri onun umun maraqlı deyil. Ya da belə deyək: həmin partiya sədrlərinin Ollanda verə biləcəyi bir şey yoxdur. Niyə yoxdur? Çünki, onlar Əli Kərimlinin, İsa Qəmbərin, Leyla Yunusun tayı deyillər. Onlar kimi vətən satmağı, öz dövlətinin əleyhinə palaz-palaz bəyənatlar verməyi bacarmırlar. Yox əgər belə bir "istedad"ları olsaydı, inanın ki, müyö Fransua onların hər biri ilə böyük məmnuniyyətlə görüşərdi.
- Dağıdıcı müxalifət liderlərinin Azərbaycanın milli və dövlətçilik maraqlarına zidd fəaliyyət yol tutması, ittihamlar və təhqilər səsləndirmələri onların ermənilərlə eyni mövqeydən çıxış etdiyini göstərmirmi?
- Qətiyyən! Çünki, onlar ermənidən daha betərdirlər. Müxalifətin bu dövlətə vurduğu zərbələri qan düşmənimiz olan erməni belə həsədlə, heyrətlə izləyə bilər. Demək olar ki, bu adamlar üçün Azərbaycan və azərbaycanlı kəlməsi hər şeyin ən sonunda gəlir. Və nəhayət, çünki şərəfsiz erməninin şərəfsiz kimliyi hər kəsə bəlli olasa da bizim öz içimizdə olan buqələmunların əsl kimliyi kimsəyə bəlli deyil!
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB