Rauf Zeyni: “Məhkəmə SDİ-nin işinə xitam verə bilər” MÜNASİBƏT

Rauf Zeyni: “Məhkəmə SDİ-nin işinə xitam verə bilər” MÜNASİBƏT

"Hesab edirəm ki, Azərbaycan həqiqətlərinin beynəlxalq aləmə dəqiqliyi ilə çatdırılması üçün xarici ölkə rəhbərləri ilə görüşlərin keçirilməsi vacibdir. Eyni zamanda Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafı məsələləri, həmçinin, Ermənistan-Azərbaycan - Dağlıq Qarabağ məsələsində ölkəmizin haqq səsinin çatdırılması üçün bu, önəmli hadisə olardı. Ancaq çox təəssüf ki, belə bir imkan yaradılmadı". Sözügedən fikirləri SİA-ya açıqlamasında Milli QHT Forumunun prezidenti Rauf Zeyni Fransa Prezidentinin bir neçə müxalifət siyasi təşkilatı ilə yanaşı, siyasiləşmiş QHT təmsilçiləri ilə görüşünə və ölkənin aparıcı QHT-lərinin həmin görüşə dəvət olunmamasına münasibətini açıqlayarkən dedi.

Rauf Zeyninin fikrincə, əgər onlar da həmin görüşə qatılsaydılar, qeyd etdiyi bütün fikirləri Fransa prezidentinə çatrırar, Ermənistanın işğalçılıq siyasətinə münasibətlərini bildirərdilər.

Milli QHT Forumunun prezidenti həmçinin Sülh və Demokratiya İnstitunun ölkədəki fəaliyyətinə xitam verilməsinin mümkünlüyünə də toxunaraq bildirdi ki, bu həm adıçəkilən təşkilatın nizamnaməsi, həm də digər amillərlə bağlı ola bilər: "Əgər hüquq-mühafizə orqanları tərəfindən sübut olunarsa ki həmin təşkilatın fəaliyyətində cinayət tərkibi var, əgər təşkilat Azərbaycan qanunlarına, dövlətçiliyinə zidd fəaliyyət göstəribsə, təbii ki, məhkəmənin hökmünə əsasən onun işinə xitam verilə bilər. Çünki Leyla Yunusun fəaliyyətində bu kimi hallar var".

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə