"Azərbaycana səfər edən hər bir ölkə rəhbəri öz baxışına uyğun insanlarla görüş təşkil edilir". Bu fikirləri SİA-ya açıqlamasında "Azadlıq" Partiyasının sədri Əhməd Oruc Fransa prezidenti Fransua Ollandın yalnız AXCP və Müsavat partiyaları, REAL Hərəkatı və siyasiləşmiş hüquq müdafiəçiləri ilə görüşünə, eyni zamanda digər müxalifət partiyalarını həmin görüşə dəvət etməməsinə münasibət bildirərkən dedi.
"Adətən bizi xaricdən gələn heç kimlə görüşə dəvət etmirlər"-deyə, qeyd edən Əhməd Oruc onu da bildirdi ki, rəhbərlik etdiyi partiya görüşə qatılan partiyalardan fərqli olaraq, birmənalı şəkildə Azərbaycanın milli maraqlarına xidmət edir: "Heç bir dövlətin maraqlarının təmsilçisi deyilik. Bu isə heç kimin xoşuna gəlmir. Adətən xarici ölkədən gələn siyasilər mövqelərini gücləndirmək baxımından özlərinə yaxın, onların maraqlarını müdafiə edən insanlarla görüşməyə çalışırlar. Bizim üçün belə görüşlər marağımızda deyil və heç bir əhəmiyyət kəsb etmir".
İntizarə Məmmədova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB