"Yurddaş" Partiyasının sədri Mais Səfərlinin SİA-ya müsahibəsi
- Mais bəy, Fransa prezidenti Fransua Ollandla görüşlərində İsa Qəmbər, Əli Kərimli, Leyla Yunus və digərləri Azərbaycan dövləti ilə bağlı şər, böhtan xarakteri ittihamlar və tənqidlər səsləndiriblər. Sizcə, onların bu mövqeyi nədən qaynaqlanır?
- Artıq 20 ilə yaxındır ki, müxalifət partiyaları ölkədə keçirilən bütün seçkiləri uduza-uduza gəlir. Yəni cəmiyyətdə bu partiyalar heç bir siyasi dəstəyə malik olmayan partiyalardır. Belə olan halda da müxalifətçilər özlərinə havadarlar axtarırlar. Yəni ayaqda qalmaq üçün kiminsə dəstəyinə nail olmaq istəyirlər. Fransa prezidenti Fransua Ollandla müxalifətçilərin görüşünə bir vasitə kimi baxılırdı. Amma Fransua Olland Azərbaycan müxalifəti haqqında kifayət qədər bilgisi var. Yəni Fransa prezidentinin müxalifət partiyalarının zəif və xalq tərəfindən heç bir siyasi dəstəyinin olmamasını çox gözəl bilir. Sadəcə olaraq, müxalifət rəhbərləri bir müddət gündəmdə qalmaq üçün bu cür vasitələrdən istifadə edirlər.
- Sizcə, nəyə görə xarici ölkə başçıları və eləcə də beynəlxalq təşkilat rəhbərləri Azərbaycana gələn zaman eyni şəxslərlə, simalarla görüşməyə daha çox meyil göstərirlər. Konustruktiv partiya sədrləri ilə görüşməkdən çəkinmək nədən irəli gəlir?
- Xarici ölkələr Azərbaycanla əməkdaşlıq etməklə yanaşı bəzən çalışırlar ki, Azərbaycanda hansısa bir vasitə taparaq ölkəmizə qarşı təzyiq göstərsinlər. Təbii ki, bəzi xarici qüvvələrin Azərbaycanla bağlı bu cür məkrli niyyətləri ölkəmizin qazandığı uğurlu siyasətlə bağlıdır.
- Dağıdıcı müxalifət liderlərinin Azərbaycanın milli və dövlətçilik maraqlarına zidd fəaliyyət yol tutması, ittihamlar və təhqilər səsləndirmələri onların ermənilərlə eyni mövqeydən çıxış etdiyini demək olarmı?
- Azərbaycan haqqında ittihamlar və təhqilər səsləndirmək çox pis haldır. Əgər radikal müxalifət liderləri azərbaycanlıdırlarsa onlar öz ölkəsi haqqında bu cür yersiz fikirlər səsləndirməməlidirlər. Əksinə, Azərbaycanı sevməlidirlər. Amma bu gün həmin müxalifət liderləri Azərbaycanın zəifləməsi üçün əllərindən gələni edirlər. Yəni müxalifətçlilərin bu cür hərəkətlərə əl atması Azərbaycanın əldə etdiyi uğurlara qısqançlıq hissi ilə yanaşan qüvvələrin dəyirmanına su tökmək məqsədi daşıyır. Bu isə müxalifətin milli və vətəndaş hissindən uzaq olmalarından xəbər verir.
Gülyanə Ağakərimova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB