ATƏT-in Minsk qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlik Dağlıq Qarabağ münaqişəsində sülhə nail olmaq üçün səmimi müzakirələri vacib hesab edir. SIA-nın xəbərinə görə, o, öz "twitter" səhifəsində yazıb: "Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq üçün səmimi müzakirələr aparmaq vacibdir".
Həmsədr, eyni zamanda, twitter səhifəsinin oxucularına Vaşinqtonda Karneqi Mərkəzində "Dağlıq Qarabağ: həll yolları" mövzusunda məruzəsinə şərh bildirdiklərinə görə də təşəkkür edib.
Qeyd edək ki, may ayının 7-də ATƏT-in Minsk qrupunun amerikalı həmsədri C.Uorlik Vaşinqtonda Karneqi Mərkəzində "Dağlıq Qarabağ: həll yolları" mövzusunda məruzə ilə çıxış edib.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB