Araz Əlizadə: “Olland cinsi azlıqların hüquqlarını daha çox müdafiə edir”

MÜNASİBƏT
Araz Əlizadə: “Olland cinsi azlıqların hüquqlarını daha çox müdafiə edir”

"Fransa prezidenti Fransua Ollandın kimləri öz görüşünə dəvət etməsi məni maraqlandırmır". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Sosial Demokrat Partiyasının (ASDP) sədri Araz Əlizadə Fransa prezidenti Fransua Ollandın AXCP və Müsavat partiyalarının sədrləri ilə görüşünə münasibətini bildirərkən dedi.

"Belə çıxır ki, Fransa prezidenti cinsi azlıqların hüquqlarını daha çox müdafiə edir. Hansı ki, onun özünün bu amilə heç bir aidiyyatı yoxdur"-deyə qeyd edən ASDP sədrinin fikrincə, Olland siyasi cəhətdən sosialist olsa da, öz fəaliyyətində solçuluq təmayülünü sərgiləmir: "Olland Sosialist partiyasından seçilən prezident olsa da, zəhmətkeşləri və orta təbəqəni müdafiə etmir".

Araz Əlizadə qeyd etdi ki, Ollandın AXCP və Müsavat rəhbərləri ilə görüşüb nə danışması onun üçün maraqsızdır: "Ümumiyyətlə, kiminlə görüşüb nədən danışmağı, Fransa prezidentinin şəxsi işidir".

Bütün xəbərlər Facebook səhifəmizdə