Əli Həsənovla Həştərxan vilayətinin qubernatoru arasında görüş keçirilib
Bu gün Həştərxanda Rusiya Federasiyasının Həştərxan vilayətinin qubernatoru Aleksandr Jilkin ilə Azərbaycan Prezidenti Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov arasında görüş keçirilib. SİA-nın verdiyi xəbərə görə, görüş zamanı A.Jilkin Həştərxana gələn Azərbaycanın nümayəndə heyətini salamlayıb
Rusiyanın Həştərxan vilayəti ilə Azərbaycan arasında əlaqələrdən danışan Jilkin bildirib ki, Azərbaycanla Həştərxan arasında bir çox, o cümlədən humanitar və mədəni sahələrdə əməkdaşlıq yüksək səviyyədədir: "Bu il Həştərxanda Azərbaycan Mədəniyyət Günlərinin keçiriləcək. Həmçinin ümid edirik ki, Rusiya tərəfinin analoji tədbiri Bakıda baş tutacaq. Həmçinin Həştərxan vilayəti ilə Azərbaycanın ali məktəbləri arasında da əməkdaşlıq yüksək səviyyədədir. Həştərxandakı universitetlərdən birinin tələbələri Azərbaycan dilini öyrənəcəklər".
A.Jilkin habelə Həştərxan vilayətinin və Azərbaycan televiziyalarının televiziya proqramlarının mübadiləsi üzrə əməkdaşlıqda maraqlı olduqlarını bildirib.
İqtisadi məsələlərə toxunan A.Jilkin iqtisadi artımın olduğunu və Həştərxan ilə Azərbaycan arasında bərə xəttinin açılmasına sərmayə yatırmaq istəyini ifadə edib.
Daha sonra söz alan Əli Həsənov Həştərxan tərəfinə səmimi və mehriban qəbula görə təşəkkürünü bildirib. Qeyd edib ki, tərəflərin görüşü artıq ənənəvi xarakter alıb və son üç il ərzində Azərbaycan tərəfi Həştərxana altı dəfə səfər edib.
PA rəsmisinin sözlərinə görə, Azərbaycan və Rusiya rəhbərləri arasında əldə olunan razılaşmalara görə, təkcə Azərbaycan-Rusiya münasibətləri deyil, həm də Azərbaycan ilə RF-nin müxtəlif regionları, eləcə də Həştərxan arasında birbaşa əməkdaşlıq inkişaf edir: "Azərbaycan ilə Həştərxan vilayəti arasında əməkdaşlıq Rusiyanın digər regionları üçün nümunə ola bilər".
Daha sonra Həştərxan vilayətinin qubernatoruna Heydər Əliyev Fondunun yubileyi ilə bağlı tədbirlərin keçirilməsinə görə təşəkkürünü bildirən Ə.Həsənov vurğulayıb ki, bu tədbirlər ikitərəfli əlaqələrin möhkəmlənməsi işinə öz töhfəsini verəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB