"Azərbaycan müxalifətinin özündə səhvliklər var və bu səhvləri müxalifətin özü etiraf etməlidir". Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) Mərkəzi Şurasının üzvü Əli Orucov Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Fuad Qəhrəmanlının müxalifətin fəaliyyətsizliyində yalnız hakimiyyəti günahlandırmasına münasibətini açıqlayarkən deyib.
AMİP rəsmisinin fikrincə, müəyyən ittihamlar irəli sürməkdənsə, mövcud vəziyyətdən çıxış yolunu axtarmaq daha məqbul olardı: "Çünki uğursuzluq zolağından çıxmaq lazımdır. Belə ki, bunun obyektiv bə subyektiv tərəfləri müxtəlifdir. Əgər müxalifət fəaliyyətsizliyinin bir hissəsini hakimiyyətdə görürsə, öz səhvlərini də araşdırıb, nəzərdən keçirməlidir. Demək müxalifətdə fəaliyyət yoxdur. Əgər fəaliyyət varsa, müəyyən səhvlər də olmalıdır".
Əli Orucov Fuad Qəhrəmanlının cəmiyyətdən də dəstək ala bilmədikləri iddiasına da toxunaraq bildirib ki, əslində, müxalifətə cəmiyyət tərəfindən zaman-zaman dəstək göstərilsə də, müxalifət cəmiyyətin ona olan inamını qazandıra bilməyib: "Cəmiyyət də zamanında müxalifətə dəstəyini verib. Amma istədiyini müxalifətdən ala bilməyib".
Rövşən Nurəddinoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB