Suriyada əhali evlərinə qayıtmağa başlayıb

Suriyada əhali evlərinə qayıtmağa başlayıb

Suriyanın Hums şəhərində әhali evlәrinә qayıtmağa başlayıb. SİA-nın xarici mətbuata istinadən məlumatına görə, Suriyada rejim qüvvlәri ilә qarşılıqlı olaraq әsirlәrin mübadilə edilmәsi nәticәsindә təxminən 2 ildir mühasirədə olan Hums bölgəsindən ayrılan qaçqınlar yenidәn evlərinə qayıtmağa başlayıblar.

Hums şәhәrinin Hәmidiyә mәhәllәsinә qayıtmağa başlayan әhaliyә, bölgədə elektrik və su olmadığı üçün Suriya Qırmızı Aypara Cәmiyyәti tәrәfindәn başda paytaxt Dəməşq olmaqla yardım vәsaiti paylanıb.

Әldә edilәn mәlumata әsasәn, Hәmidiyә mәhәllәsindә rejim qüvvәlәri ilə silahlı müxaliflər arasında baş verәn qarşıdurmalar səbəbi ilə çox sayda ev və iş yeri dağılıb. Məscid və kilsələrә ziyan dәyib.

Bütün xəbərlər Facebook səhifəmizdə