Mübariz Qurbanlı: “Ümummilli Liderin irsi əbədidir” AÇIQLAMA

Mübariz Qurbanlı: “Ümummilli Liderin irsi əbədidir” AÇIQLAMA

"Azərbaycan xalqının lideri, onun xilaskarı Ulu Öndər Heydər Əliyev xalqımız qarşısında böyük tarixi xidmət göstərən və Ümummilli Lider statusu qazanmış tarixi şəxsiyyətdir". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 91-ci ildönümü münasibətilə dahi şəxsiyyət haqqında fikirlərini bölüşərkən deyib.

YAP rəsmisinin sözlərinə görə, Ulu Öndər Heydər Əliyev bizdən uzaqlaşdıqca onun irsi, qoyduğu siyasət xalqımızın fəaliyyətində önəmli yer tutur: "Hətta mən deyərdim Ulu Öndər bizdən uzaqlaşdıqca o, yeni nəsil üçün bir növ əfsanəvi şəxsiyyətə çevrilir. Heydər Əliyev irsi əbədidir. Ümummilli Lider müxtəlif istiqamətlərdə Azərbaycan, onun siyasəti üçün konseptual əsaslar, milli ideologiyamızı, dövlət quruluşumuzu yaradıb və milli İnkişaf konsepsiyamızı müəyyən edib. Hesab edirəm ki, Heydər Əliyevin həyata keçirdiyi siyasət bu gün möhkəm əllərdədir. Prezident İlham Əliyevin əməyi, proqmatik siyasəti, qətiyyəti və cəsarəti ilə uğurlarımız günbəgün artır".

Bütün xəbərlər Facebook səhifəmizdə