Nərimanov rayonunda Ümummilli Liderin 91 illik yubileyi münasibəti ilə konsert təşkil olunub FOTO

Nərimanov rayonunda Ümummilli Liderin 91 illik yubileyi münasibəti ilə konsert təşkil olunub FOTO

Bu gün Nərimanov Rayon İcra Hakimiyyəti "Azad Azərbaycan" Televiziyası ilə birgə N.Nərimanov metro stansiyasının qarşısında yerləşən Samir Xasıyev adına parkda xalqımızın Ümummilli lideri Heydər Əliyevin 91 illik yubileyi münasibəti ilə təntənəli bayram konserti keçirib. SİA-nın məlumatına görə, millət vəkillərinin, Rayon İcra Hakimiyyəti rəhbərliyinin, idarə, müəssisə və təşkilat rəhbərlərinin, ağsaqqallar və ziyalıların, şəhid ailələrinin, şəhər sakinlərinin qatıldığı konsertdə tamaşaçılara tanınmış incəsənət ustalarının, muğam ifaçılarının və rəqs kollektivlərinin ifasında rəngarəng konsert proqramı təqdim edilib.

Təntənəli konsert zamanı havaya rəngarəng şarlar buraxılıb.

Ulu öndər Heydər Əliyevin 91 illik yubileyinə həsr olunmuş xüsusi geyimlərdə gənc fəallar konsert boyu Azərbaycan bayraqlarını dalğalandırıblar.

Sakinlərin böyük maraqla izlədiyi konsertdə həmçinin musiqi ifalarından əlavə xüsusi işıqlandırma və lazer şou nümayiş olunub.

Konsertin sonunda möhtəşəm atəşfəşanlıq təşkil olunub və tamaşa etməyə toplaşmış şəhər sakinləri təşkil olunmuş konsert proqramından zəngin təəssüratlarla ayrılıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə