“Ulu Öndərin əziz xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq”

“Ulu Öndərin əziz xatirəsi hər zaman bizim qəlbimizdə yaşayacaq”

"Ulu Öndərin siyasi, iqtisadi, ictimai və mədəni həyatın bütün sahələrində həyata keçirdiyi planlar Azərbaycanın gerçəkliyinə çevrilib". Bunu SİA-ya Yeni Azərbaycan Partiyasının (YAP) Ağdam rayon təşkilatı Gənclər Birliyinin sədri Amil Cavadov Ümummilli Lider Heydər Əliyevin gənclərə göstərdiyi diqqət və qayğıdan danışarkən deyib.

"Ulu Öndərin fəaliyyəti də, şəxsiyyəti də Azərbaycan tarixinin ayrılmaz hissəsini təşkil edir. Hər bir azərbaycanlının taleyində Heydər Əliyev dühasının bir zərrəsi vardır. Bu faktın özü hər bir azərbaycanlı üçün qürur və iftixar mənbəyidir. Heydər Əliyev, eyni zamanda taleyin xalqımıza bəxş etdiyi böyük tarixi şəxsiyyətdir. O, Azərbaycanın tarixi inkişaf prosesinə təkan verib. Müstəqil Azərbaycan dövlətinin qurucusu kimi milli dövlətçiliyimizin ideya əsasını məhz Heydər Əliyev yaradıb. Bütün mənalı həyatını xalqına bəxş edən Heydər Əliyevin dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilib. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaq" - deyə, A.Cavadov fikrini tamamlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə