Milli Məclisin deputatlar İncəsənət xadimləri ilə futbol oynayıb

Milli Məclisin deputatlar İncəsənət xadimləri ilə futbol oynayıb

Bu gün "Neftçi"nin bazasında Ümummilli lider Heydər Əliyevin 91 illiyinə həsr olunmuş mini-futbol turniri keçirilib. SİA-nın məlumatına görə, futbol yarışı 5 komanda arasında keçirilib. Bunlara Azərbaycan Milli Məclisinin deputatlarından ibarət komanda, "Neftçi" futbol komandasının veteranları, AFFA-nın, İncəsənət və jurnalistlərdən ibarət komanda daxil idi.

Milli Məclisi təmsil edən komandaya deputatlardan Qüdrət Həsənquliyev, Zahid Oruc, Fazil Mustafa, Siyavuş Novruzov, Adil Əliyev və digərləri daxil idi. Komandanın kapitanı Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov olub.

Əvvəlcə Azərbaycan Milli Məclisinin deputatlarından ibarət komanda ilə İncəsənət nümayəndələri bir araya gəlib. Gərgin mübarizə şəraitində keçən oyun 1:0 İncəsənət komandasının xeyrinə yekunlaşıb.

Eyni anda AFFA-nın əməkdaşları ilə jurnalistlər arasında keçirilən oyunun ilk taymı isə 1:0 AFFA-nın hesabı ilə nəticələnib.

Bütün xəbərlər Facebook səhifəmizdə