"Azərbaycanda son günlər ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Ceyms Uorlikin ünvanına səslənən tənqidi məqamlar onu məcbur edib ki, şəxsi mövqeyini, düşüncələrini ifadə etməkdən daha çox təmsil etdiyi dövlətin rəsmi mövqeyini açıqlasın". Bu fikirləri SİA-ya Milli Məclisinin sədr müavini, Azərbaycanın ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Bahar Muradova ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı açıqladığı 6 prinsipə münasibət bildirərkən deyib.
B.Muradova deyib ki, ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı açıqladığı 6 prinsiplə bağlı Azərbaycan dövlətinin öz mövqeyi var. Bu mövqe danışıqlar prosesində və mümkün olan həddə qədər mətbuata açıqlamalarda ifadə olunub.
ATƏT Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri deyib ki, ABŞ və digər həmsədr dövlətlər və onların nümayəndələri münaqişə ilə bağlı xüsusi mövqelərini açıqlamaq və vəziyyətin durumunu təsvir etmək yox, vəziyyəti dəyişməyə yönəlik nəticələrə gətirib çıxarmaq üçün fəaliyyət sərgiləməlidirlər: "ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlikin Dağlıq Qarabağ probleminin həlli ilə bağlı açıqladığı 6 prinsipdə Azərbaycanı qane etməyən məsələlər olsa belə bu prinsiplərin reallaşdırılması üçün ABŞ həmsədr dövlət kimi həm özü, həm də digər həmsədr dövlətləri status-kvonun dəyişməzliyinin qəbul olunmazlığı, yaranmış mövcud vəziyyətin qəbuledilməz, qeyri-sabit olduğunu ifadə etmək yox, vəziyyəti dəyişmək üçün ciddi fəaliyyətə keçməyin vacib olduğuna inandıra bilsə və bu istiqamətdə fəaliyyət göstərsə, həmin fəaliyyətə dair fikirlərimizi ifadə edə bilərik".
Vitse-spiker qeyd edib ki, Ceyms Uorlik sadəcə bu günə qədər danışıqlar prosesində ABŞ-ın mövcud mövqeyini ifadə edən fikirlər səsləndirib: "ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik ona yönələn tənqidi məqamları aradan qaldırmaq üçün ABŞ-ın rəsmi mövqeyini ifadə etmək məcburiyyətində qalıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB