Honduras XİN rəhbəri: “Beynəlxalq birlik Qarabağın işğalına reaksiya verməlidir”
"Azərbaycana səfərimiz bizim üçün müsbət mənada kəşf xarakterli bir səyahət oldu".SİA-nın məlumatına görə, bu sözləri Azərbaycanda səfərdə olan Hondurasın xarici işlər naziri, xanım Mireya Aguero Dekorales deyib.
Onun sözlərinə görə, Azərbaycanla Honduras arasında məsafə uzun olsa da bir çox məsələdə mövqeyimiz ortaqdır".
İki Ölkə arasında əməkdaşlıq məsələsindən danışan Mireya Aguero Dekorales vurğulayıb ki, əvvəl iki ölkə yalnız beynəlxalq səviyyədə əməkdaşlıq edirdisə, hazırda birbaşa əlaqələr qurmaq üçün iş planı tərtib edilib.
Hondurasın xarici işlər naziri Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı da öz fikirlərini bildirib ki, Qarabağ münaqişəsi Honduras üçün prinsip məsələsidir: "Biz hesab edirik ki, beynəlxalq birlik Dağlıq Qarabağın işğalına reaksiya verməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB