ABŞ ATƏT-in Minsk qrupunun danışıqlar prosesinə sadiq qalmaqda davam edir və Minsk qrupunun həmsədri kimi fəaliyyətini davam etdirir. SİA-nın ABŞ Dövlət Departamentinin saytına istinadən verdiyi məlumata görə, bu sözləri Departamentin sözçüsü Cen Psaki keçirdiyi brifinqdə sualları cavablandırarkən deyib.
Amerikalı həmsədr Ceyms Uorlikin Qarabağla bağlı məruzə ilə çıxış etməsi məsələsinə toxunan C.Psaki bildirib ki, həmsədr ABŞ-ın siyasi xəttini əks etdirən nitqlə çıxış edib: "Uorlik "Dağlıq Qarabağ: həll yolları" mövzusunda məruzə ilə çıxış edərkən münaqişənin sülh yolu ilə həllinin əsası kimi xidmət edəcək köklü prinsiplər barədə danışıb. Bu, ABŞ-ın uzunmüddətli mövqeyi və bu prosesə sadiqliyinin bir daha vurğulanmasından başqa bir şey deyil".
Ukraynada baş verən hadisələrlə Dağlıq Qarabağ münaqişəsi üzrə danışıqlar arasında əlaqəyə gəlincə, Dövlət Depratamentinin sözçüsü bunların arasında hər hansı bir əlaqənin olmasından xəbərdar olmadığını deyib: " Bunlar arasında hər hansı bir əlaqənin olub-olmamasından heç bir xəbərim yoxdur. Lakin biz ATƏT-in Minsk qrupunun danışıqlar prosesinə sadiqik və Minsk qrupunun həmsədri olaraq qalırıq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB