Azərbaycan Prezidenti İlham Əliyev Honduras xarici işlər və beynəlxalq əməkdaşlıq naziri xanım Mireya Aquero de Korralesin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
SİA-nın məlumatına görə, Azərbaycanla Honduras arasında qısa vaxt ərzində yaxşı tərəfdaşlıq əlaqələrinin qurulduğunu deyən dövlət başçısı ikitərəfli münasibətlərin inkişafından məmnunluğunu ifadə edib.
Prezident İlham Əliyev Azərbaycanla Honduras Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələrinin inkişafındakı xüsusi xidmətlərinə görə xanım Mireya Aquero de Korralesin Azərbaycanın "Dostluq" ordeni ilə təltif edildiyini deyib və ordeni qonağa təqdim edib.
M. Korrales Honduras prezidenti Xuan Orlando Ernandes Alvaradonun salamlarını və prezident İlham Əliyevi Hondurasa səfərə dəvətini dövlət başçısına çatdırıb. O, Azərbaycanın yüksək mükafatlarından olan "Dostluq" ordeninə layiq görüldüyünə görə minnətdarlığını ifadə edib.
Azərbaycan prezidenti isə honduraslı həmkarının salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Honduras dövlətinin başçısına çatdırmağı xahiş edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB