Ziyafət Əsgərov: "Minsk Qrupunun fəaliyyəti keçən illər ərzində heç bir nəticə verməyib”
"Dağlıq Qarabağ problemini beynəlxalq hüquq prinsipləri çərçivəsində Azərbaycanın güclü iqtisadiyyatı və güclü ordusu həll edəcək". SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib.
Z. Əsgərov Dağlıq Qarabağ münaqişəsinin həllində ATƏT-in Minsk Qrupu ölkələrinin fəaliyyətinə münasibət bildirərək, bu istiqamətdə heç bir irəliləyişin olmadığını vurğulayıb: "Çox təəssüf edirəm ki, münaqişənin həlli ilə əlaqədar yaranan Minsk Qrupunun fəaliyyəti keçən illər ərzində heç bir nəticə verməyib. Minsk Qrupuna daxil olan ölkələrin səfirləri Azərbaycana gəldilər-getdilər, bəyanat verdilər, hətta dedilər indi vaxtdır, bu münaqişəni həll etmək lazımdır. Amma çox təəssüf edirəm ki, Minsk Qrupu üzvlərinin hər iki ölkəyə səfəri heç nəyi həll etmədi. Ona görə də biz o fikirdəyik ki, bu problemin həllini beynəlxalq hüquq prinsipləri çərçivəsində Azərbaycanın güclü iqtisadiyyatı və güclü ordusu həll edəcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB