Müsavat KXCP-nin istefasını dəstəkləyir RƏY

Mustafa Hacıbəyli: “KXCP-nin Milli Şuranı tərk etməsi qərarını hörmətlə qarşılayırıq”
Müsavat KXCP-nin istefasını dəstəkləyir RƏY

"Biz Müsavat partiyası olaraq, hələ Milli Şuradakı fəaliyyətimiz dövründə təşəbbüs göstərmişdik ki, orada təmsil olunan partiyalarla əməkdaşlıq edək. KXCP-yə gəlincə, partiya Milli Şuradan çıxdıqdan sonra, düşünürəm ki, onlarla bir yerdə fəaliyyət göstərmək imkanımız olacaq". Bu fikirləri SİA-ya açıqlamasında Müsavat Partiyası başqanının müşaviri Mustafa Hacıbəyli KXCP-nin Milli Şuranın sıralarını tərk etməsinə münasibətini açıqlayarlən deyib.

O, qarşı tərəfin bu addımının vaxtında atılan addım olduğunu da bildirib: "KXCP-nin Milli Şuranın sıralarını tərk etməsini müsbət dəyərləndirirəm. Milli Şura seçkilərdə iştirak etmək üçün yaradılmış qurum idi və seçkilərdən sonra onun fəaliyyətinə ehtiyac qalmadı".

Müsavat rəsmisi təmsil olunduğu siyasi təşkilatın Milli Şuradakı istefasından sonra adıçəkilən qurumun zəiflədiyini də bildirərək deyib ki, bütün mənalarda KXCP-nin qərarı hörmətlə qarşılanmalıdır: "Əslində Müsavat Partiyası oradan çıxdıqdan sonra, Milli Şuranın fəaliyyətinə ehtiyac qalmamışdı. Bu baxımdan, KXCP-nin qərarını hörmətlə qarşılayıram".

Qeyd edək ki, KXCP rəsmiləri də Milli Şuradakı uğursuzluqdan sonra Müsavat Partiyası ilə əməkdşlığa gedəcəklərini istisna etmirlər.

Rövşən Nurəddinoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə