1200 manat pul mənimsəməyə çalışan dələduz tutuldu

1200 manat pul mənimsəməyə çalışan dələduz tutuldu

Mayın 1-də Parlament prospektində Elnay adlı şəxs Bakı şəhər sakini Saməddin Gərayevin etibarından sui istifadə edərək 1200 manat alıb qaytarmayıb. Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi 26-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində, dələduzluqda şübhəli bilinən Beyləqan rayon sakini Elnay Əliyev tutulub.

Faktla bağlı araşdırma aparılır.

Bütün xəbərlər Facebook səhifəmizdə